Goranboy sakini mərminin partlaması nəticəsində xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboy sakini mərminin partlaması nəticəsində xəsarət alıb

22:52 - 04 / 03 / 2016
Goranboy sakini mərminin partlaması nəticəsində xəsarət alıb

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

 

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər