“PAŞA Sığorta” yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir

11:00 - 04 / 03 / 2016
“PAŞA Sığorta” yeni əmlak sığortası məhsulunu müştərilərinə təqdim edir

“PAŞA Sığorta” şirkəti yeni daşınar və daşınmaz əmlakın icbari və könüllü sığortası üzrə məhsulu olan Yaşıl Bakı-nı müştərilərinə təqdim edir.

Bu məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun və əsas özəlliyi ondan ibarətdir ki,  paketlərin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər.  Sizin tələblərinizə uyğun olan sığorta paketini seçərkən müvafiq sığorta təminatı əldə edirsiniz.

Həmçinin layihənin sosial tərəfi də mövcuddur. Bu məhsulları əldə etdiyiniz zaman paketin adına uyğun paytaxtımıza bir ağac hədiyyə etmiş olursunuz.  Hər 6 aydan bir “PAŞA Sığorta” şirkətinin əməkdaşları satılan məhsulların sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində ağac əkilməsini həyata keçirəcəklər. Belə ki, bu paketləri əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaq. 

Üstünlüklərdən digəri isə ondan ibarətdir ki, əmlakınız baza yaşayış üçün tam yararsız olduğu halda hər bir paket üzrə sizə aylıq 300 AZN, 500 AZN və 700 AZN məbləğində kirayə haqqı ödəniləcək.

Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir birlərindən təminat məbləğinə görə fərqlənirlər.

Bu paketləri əldə edən hər kəs xüsusi Yaşıl Bakı kartına sahib olur və müxtəlif  endirimlərdən yararlanmaq imkanı qazanır. Endirim təqdim olunan ticarət obyektlərinin siyahısı aşağıdakı kimidir:

• 166 Yük Taksisi 10%

• H2O Quru Təmizləmə 20%

• Təmiz Xalı 10%

• Alo Usta 20%

• Baku Cleaning Company 10%

• PurePro Su filtrləri 15%

• Diona Mebel 15%

• Optimal Electronics 20%-dək (endirimlər planşet, notebook və telefonlara şamil edilmir)

Ətraflı məlumat üçün: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://pasha-insurance.az/az

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Paylaş:
854

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər