Polis işçisi dörd ədəd konfetə görə işdən çıxarıldı | 1news.az | Xəbərlər
Dünya

Polis işçisi dörd ədəd konfetə görə işdən çıxarıldı

11:55 - 04 / 03 / 2016
Polis işçisi dörd ədəd konfetə görə işdən çıxarıldı

Hollandiyanın Gelderlənd əyalətində qadın polis işçisi girdiyi mağazanın şirniyyat bölməsindən 4 ədəd konfet götürməsi səbəbindən vəzifəsindən azad edilib.

1news.az Hüriyyet-ə istinadla xəbər verir ki, mağaza işçiləri ağzına atdığı konfetlərin pulunu vermədiyinə görə polisi şikayət ediblər.

Məhkəmə qadın polisin etirazını qəbul etməyərək konfet oğurluğu edərək vəzifəsindən düzgün istifadə edə bilmədiyi qərarını verib.

Hadisə ilə bağlı Gelderlənd Polis Təşkilatı qərarı haqlı hesab edərək polisi tutduğu vəzifədən uzalaşdırıb.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər