Azərbaycanın daxili bazarında qoz və quru meyvələrin qiyməti neçəyədir? – CƏDVƏL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın daxili bazarında qoz və quru meyvələrin qiyməti neçəyədir? – CƏDVƏL

12:12 - 04 / 03 / 2016
Azərbaycanın daxili bazarında qoz və quru meyvələrin qiyməti neçəyədir? – CƏDVƏL

Dövlət Gömrük Komitəsi (DGK) mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılmış və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb.

Bu haqda 1news.az DGK-nın mətbuat xidmətinə istinadla xəbər verir.

Sonuncu aparılan araşdırmaları üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:

Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan sahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir.

Həmçinin məluamatda qeyd olunur ki, malların gömrük rəsmiləşdirilməsi  sahibkarlar tərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir.

Belə ki, malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrük dəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda, daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəb faktorlar təsir edir.

Məsələn, cədvəldən də göründüyü kimi “badam, qabığı təmizlənmiş:” ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28 manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu da respublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyü ələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil bir daha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasında mühüm rol oynamır.

Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarla alqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir. Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazarda pərakəndə satış qiymətlərindən fərqlənir.  

1news.az

Paylaş:
6852

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər