Məşhur “Formula-1” pilotu Fernando Alonso Bakıda azarkeşləri ilə onlayn söhbət edəcək | 1news.az | Xəbərlər
İdman

Məşhur “Formula-1” pilotu Fernando Alonso Bakıda azarkeşləri ilə onlayn söhbət edəcək

12:57 - 05 / 03 / 2016
Məşhur “Formula-1” pilotu Fernando Alonso Bakıda azarkeşləri ilə onlayn söhbət edəcək

“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi elan olunan Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində çoxsaylı azarkeşləri ilə onlayn söhbət edəcək.

Martın 9-da saat 14:30-da başlayacaq onlayn sual-cavab sessiyası “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytında (https://www.bakucitycircuit.com/az/canli) birbaşa yayımlanacaq.

Əməliyyat Şirkəti Fernando Alonsonun bütün ölkələrdən olan azarkeşlərinə müraciət edərək bildirir ki, “McLaren-Honda”nın pilotuna ünvanlanacaq suallarını #AskAlonso həştəqindən istifadə etməklə BŞH-nin “Facebook”, “Twitter” və ya “Instagram” səhifələrinə öncədən göndərsinlər. Ən maraqlı suallar seçilərək ispaniyalı pilota ünvanlanacaq.

Bu təşəbbüslə bağlı Fernando Alonso deyib: “Bütün azarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm. Bu, illər boyu mənə azarkeşlik edən insanlarla birbaşa ünsiyyət qurmaq və “Formula-1” yarış mövsümündən əvvəl əlavə müsbət enerji almaq üçün böyük fürsətdir. Odur ki, mənə suallarınızı göndərin. Gələn həftə Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam”.

Paylaş:
983

Son xəbərlər

DSX rəisi Britaniyanın Kralı ilə birgə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38
Bütün xəbərlər