Bakıda növbəti turizm yarmarkası keçirilib
Martın 5-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə “Park Bulvar” alış-veriş mərkəzində dördüncü “Mövsüm Səyahət Yarmarkası” keçirilib.
Yarmarkada ölkənin 20-dən çox aparıcı turizm şirkətinin stendi təqdim edilib. Müştərilər turizm marşrutları, qiymətlər, güzəştlər, “Erkən bronlar” aksiyası ilə tanış olublar. Yarmarkada Novruz bayramı günləri üçün maraqlı turlar təklif edilib. Tədbir çərçivəsində müsabiqə keçirilib. Qaliblərə yollayış, ölkənin turizm şirkətlərinin və məşhur otellərinin hədiyyələri təqdim olunub.
Dördüncü “Mövsüm Səyahət Yarmarkası” böyük maraqla qarşılanıb.
670