Azərbaycan nefti 39 dollaradək bahalaşıb
Dünya birjalarında neftin qiyməti maksimum bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar bahalaşaraq 36,30 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,72 dollar artaraq 38,93 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,31 dollar bahalaşaraq 38,55 dollar təşkil edib.
625