Sanksiyaların ləğvindən sonra ilk İran nefti Avropaya çatıb
İrana qarşı sanksiyalar ləğv edildikdən sonra bu ölkəyə məxsus xam neft “Monte Toledo” adlı tankerlə Avropaya çatdırılıb.
1news.az-ın bloomberg.com-a istinadla xəbər verir ki, təqribən 1 milyon barrel neft daşıyan tanker İspaniyanın “Alhesirase” limanına daxil olub.
Artıq neftin boşaldılmasına başlanılıb. İrana məxsus neft “Cepsa” şirkətinin neft emalı zavodunda istifadə ediləcək.
Qeyd edək ki, tanker İrandan Avropaya 17 günə çatıb.
1news.az
659