Gürcüstan prezidentinin Azərbaycana səfəri gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan prezidentinin Azərbaycana səfəri gözlənilir

15:15 - 07 / 03 / 2016
Gürcüstan prezidentinin Azərbaycana səfəri gözlənilir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin Azərbaycana səfəri planlaşdırılır.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı gürcü həmkarı Mixeil Canaladze bəyan edib. 

Onun sözlərinə görə, Azərbaycanın XİN rəhbəri ilə görüş çərçivəsində əməkdaşlığın dərinləşməsi məsələləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi məsələsi də müzakirə olunub.

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi Asiya ilə Avropa arasında yeni yollar açacaq”, - o, bildirib. 

Həmçinin nazir yaxın zamanlarda Azərbaycanla qaz üzrə əldə edilən razılaşmaları da müsbət qiymətləndirib:

 “Azərbaycan tərəfi ilə ölkədən əlavə qaz tədarükü ilə bağlı razılaşma bu problemin kəsirini həll edəcək”. 

“Bu il ilk strateji layihə olan Bakı-Supsa layihəsinin 20 illiyini qeyd edəcəyik. Bu layihə digər strateji layihələrin əsasını təşkil edib”, - o, qeyd edib.

Nazir qeyd edib ki, Azərbaycanla Gürcüstan ərazi bütövlüyü sahəsində hər zaman bir-birinə hörmətlə yanaşır.

M.Canaladze həmçinin iki ölkə arasında sərhəd bölüşdürülmsəi məsələsinin tezliklə nizamlanacağına ümid etdiyini bildirib:

“Ümid edirik ki, gələn görüş zamanı sərhədin bölüşdürülməsi məsələsi öz həllini tapacaq”.

Qeyd edək ki, Gürcüstanın XİN rəhbəri martın 6-da Azərbaycana rəsmi səfər gəlib.

1news.az

 

Paylaş:
600

Son xəbərlər

Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06
Bütün xəbərlər