Goranboyda hərbi sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda hərbi sursat tapılıb

16:50 - 07 / 03 / 2016
Goranboyda hərbi sursat tapılıb

Polis Goranboy rayonunda hərbi sursat aşkar edib.

1news.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Kələk kəndindən 19 ədəd minaatan başlığı, 33 ədəd yararsız minaatan alışdırıcısı, 9 ədəd “RPQ-7” qumbarasının alışdırıcısı, 3 ədəd mərmi və 1 ədəd alışdırıcısı tapılıb.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər