Sabah bəzi rayonlarda qazın verilişində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi rayonlarda qazın verilişində məhdudiyyətlər olacaq

20:07 - 07 / 03 / 2016
Sabah bəzi rayonlarda qazın verilişində məhdudiyyətlər olacaq

Sabah saat 10:00-dan 18:00-dək Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

1news.az-a bu barədə “Azəriqaz” İB-dən bildirilib.

“Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan qeyd edilib.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər