Çayxanada həmyerlisini öldürən Ağsu sakini polisə təslim olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Çayxanada həmyerlisini öldürən Ağsu sakini polisə təslim olub

21:08 - 07 / 03 / 2016
Çayxanada həmyerlisini öldürən Ağsu sakini polisə təslim olub

Bakıda çayxanaların birində güllələnmə hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 5-də Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birindən Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu Rayon Polis Şöbəsinə gələrək təslim olub. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

1news.az

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər