Gəncədə iki avtomobil toqquşub: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə iki avtomobil toqquşub: xəsarət alanlar var

13:37 - 08 / 03 / 2016
Gəncədə iki avtomobil toqquşub: xəsarət alanlar var

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə martın 6-da saat 21:00 radələrində qeydə alınıb.

Belə ki, Gəncə şəhərində şəhər sakinləri Vüqar Paşayevin idarə etdiyi  “VAZ-2107” və Xaliq Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə X.Əliyevin 1 sərnişini, V.Paşayevin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər