Bakının yol polisi qadınları 8 Mart münasibətilə təbrik etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının yol polisi qadınları 8 Mart münasibətilə təbrik etdi – FOTO

14:08 - 08 / 03 / 2016
Bakının yol polisi qadınları 8 Mart münasibətilə təbrik etdi – FOTO

Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.  

1news.az-ın verdiyi xəbərə görə, beynəlxalq qadınlar gününə həsr olunmuş aksiyada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Vaqif Əsədov, həmçinin idarənin ispektorları, 1news.az-ın əməkdaşları və bir sıra telekanallar da iştirak ediblər.  

Dövlət Statistika Komitəsinin qarşısında həyata keçirilən aksiya zamanı yol-hərəkəti qaydalarına düzgün riayət edən, eləcə də vətəndaş məsuliyyətinin icbari sığortası olan qadın sürücülər təbrik edilərək onlara hədiyyələr də təqdim edilib.   

1news.az

Paylaş:
1499

Son xəbərlər

Bütün xəbərlər