UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub – FOTO

11:20 - 08 / 03 / 2016
UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub – FOTO

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə milli baş geyimimiz olan kəlağayının bu təşkilatda təqdimat və satış mərasimini təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, daimi nümayəndəliyin rəhbəri Anar Kərimov Azərbaycanda ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kələğayı sənəti haqqında məlumat verib. O, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatılrladıb.

A.Kərimov bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.

Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.

Sonra A. Kərimov kəlağayı sənəti haqqında daha geniş məlumat vermək üçün sözü azərbaycanlı dizayner Mənzər Hacıyevaya verib.

Mənzər Hacıyeva UNESCO-nın qərargahında Azərbaycanın mədəni irsini təmsil etdiyindən şərəf duyduğunu vurğulayib. O, Nyu-York Universitetində, Parsons Dizayn Məktəbində və Parisin Studio Berçot məktəbində təhsil almağına və Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi məşhur brendlərin dizayn sturdiyalarında işləməsinə baxmayaraq, ilham mənbəyinin Azərbaycanın sənətkarlıq beşiyi olan qədim Şəki şəhəri olduğunu bildirib.

2012-ci ildə yaranan “Mənzər Hacıyeva” geyim və aksesuar brendinin konsepsiyası sadədir: köhnə ilə yeninin, ənənəvi və müasir istehsal üsullarının incəliklə birləşdirilməsi.

Şəki şəhərində olan kəlağayı emalatxanalarında iş prosesini əks etdirən videoklip göstərilib.

M. Hacıyeva bütün kəlağayıların, eləcə də digər baş geyimlərinin əl işi olduğunu və videoda göstərilən emalatxanada istehsal edildiyini bildirib. Qeyd olunub ki, kəlağayıların naxış və rənglərinin hər birinin xüsusi mənası var. Qırmızı rəng toy, qara rəng isə yas mərasimində yaşlı qadınlar tərəfindən baş geyimi kimi istifadə olunur.

İlk kolleksiyasında XIX əsr Quba kilimlərinin ənənəvi elementlərindən ilhamlandığını bildirən M. Hacıyeva ikinci kolleksiyasını Xəzər dənizinə həsr etdiyini, kəlağayıya yeni nəfəs vermək istəyində olduğunu diqqətə çatdırıb.

1news.az

 

Paylaş:
1454

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər