Manatın dollara qarşı məzənnəsi 1,63 səviyyəsini keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Manatın dollara qarşı məzənnəsi 1,63 səviyyəsini keçib

17:45 - 09 / 03 / 2016
Manatın dollara qarşı məzənnəsi 1,63 səviyyəsini keçib

Azərbaycan Mərkəzi Bankı (AMB)  martın 10-na ABŞ dollarının manata olan məzənnəsini təyin edib.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, martın 10-da manatın dollara qarşı rəsmi məzənnəsi 1,6315 AZN/USD səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,6228 AZN/USD səviyyəsində təyin olunmuşdu. Bununla da milli valyuta ABŞ dollarına nəzərən 0,0087 manat ucuzlaşıb.

1news.az

 

Paylaş:
931

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər