Təhsil Nazirliyi 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlayıb

18:27 - 09 / 03 / 2016
Təhsil Nazirliyi 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlayıb

Martın 9-da Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə həsr edilmiş dəyirmi masa keçirilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, müzakirələrdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin rəhbərləri iştirak edib. Tədbirdə 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiq edilməsi, bununla əlaqədar ictimaiyyətdə aparılacaq maarifləndirmə işi zamanı əhəmiyyətli tərəflərin qeyd olunmasına dair təkliflər səsləndirilib. Eyni zamanda Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyən edilməsi üçün müvafiq tədqiqatların aparılmasının vacibliyi qeyd olunub.

Sonda 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

1news.az

Paylaş:
519

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər