Mehriban Əliyeva: "Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub"- FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva: "Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub"- FOTO

19:03 - 09 / 03 / 2016
Mehriban Əliyeva: "Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub"- FOTO

Bu fikir birinci xanım Mehriban Əliyevanın Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşündə səslənib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Martın 9-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub.

Heydər Əliyev Fondunda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı görməkdən şad olduğunu deyən Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğuladı. Birinci xanım Mehriban Əliyeva ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğunu qeyd edərək, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğuladı. Bu əməkdaşlıqda Maya Xristovanın əməyini xüsusi qeyd edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun diplomatik missiyanın rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyini diqqətə çatdırdı. Mehriban Əliyeva bildirdi ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.

Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi.

1news.az

Paylaş:
794

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər