Brent nefti 39,73 dollar olub
London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti yüksəlməkdədir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27% artaraq 36,60 dollar təşkil edib.
1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,20% artaraq 39,73 dollar olub.
1news.az
603