Goranboyda maskalı şəxslər nənə və nəvənin olduğu evə basqın ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda maskalı şəxslər nənə və nəvənin olduğu evə basqın ediblər

12:19 - 09 / 03 / 2016
Goranboyda maskalı şəxslər nənə və nəvənin olduğu evə basqın ediblər

Goranboyda üzlərinə maska taxan şəxslər yaşayış evinə basqın ediblər.

1news.az-ın Rayon Polis Şöbəsinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1951-ci il təvəllüdlü Mina Məhərrəmovanın yaşadığı evə girən 2 maskalı şəxs onun və 2004-cü il təvəllüdlü nəvəsi Nilufərin üzünə qaz püskürdüb, bıçaqla hədələyərək mənzildən 160 manat pul və 1500 manat dəyərində qızıl aparıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Mahmud Xanov və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz İsgəndərov tutulublar.

1news.az

Paylaş:
1385

Son xəbərlər

Bütün xəbərlər