DAAD nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllimlərlə görüşüblər | 1news.az | Xəbərlər
Cəmiyyət

DAAD nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllimlərlə görüşüblər

19:27 - 10 / 03 / 2016
DAAD nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllimlərlə görüşüblər

Almaniyada təhsil və təqaüd proqramlarını həyata keçirən DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatının nümayəndələri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və müəllimlərlə görüşüblər.

AzMİU-nun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, DAAD-ın Azərbaycan üzrə nümayəndəliyinin akademik müşaviri Səmra Nusal tələbələrə təqaüd proqramları barədə geniş məlumat verib.

Bilidirib ki, DAAD Almaniyada təhsil almaq imkanı qazanan tələbələrimiz üçün alman ali məktəblərində yay dil kursları təqaüdü, master təqaüdü, eyni zamanda doktorantlar üçün elmi müdafiə və tədqiqat təqaüdü təklif edir.

Azərbaycanda bakalavr pilləsinin son kursunu bitirib Almaniyada təhsillərini davam etdirən tələbələr alman ali təhsil müəssisələrində yüksək nəticələr göstərdikləri halda hər ay DAAD-ın təsis etdiyi 750 avro məbləğində təqaüd ala bilərlər. Eyni zamanda doktorantlar da təhsilin sonrakı mərhələsini Almaniyada davam etdirsələr, onlar da DAAD-ın elmi müdafiə və tədqiqat təqaüdünü əldə etmiş olarlar.

S. Nusalın sözlərinə görə, DAAD-ın üzvü olmaq istəyən tələbə və doktorantlar oktyabr və noyabr aylarında ərizələrini qurumun Azərbaycan Neft və Sənaye Universitetində yerləşən ofisinə təqdim edə bilərlər.    

Qeyd edək ki, mərkəzi Bonn şəhərində yerləşən, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təsis olunan DAAD Almaniya ali məktəblərinin birgə qurumudur və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdiricilərdən biridir.

Bu xidmət təqaüd proqramlarına görə dünya üzrə “Eracmus”dan sonra ən geniş yayılmış təqaüd proqramıdır.

1news.az

 

Paylaş:
930

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər