TAP-la bağlı Avropa Enerji İttifaqından bəyanat | 1news.az | Xəbərlər
İqtisadiyyat

TAP-la bağlı Avropa Enerji İttifaqından bəyanat

12:52 - 10 / 03 / 2016
TAP-la bağlı Avropa Enerji İttifaqından bəyanat

Avropa İttifaqının üzvü olan Yunanıstan özünün və Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atır.

1news.az xəbər verir ki, bu barədə Avropa Enerji İttifaqının bəyanatında qeyd olunur.

Bəyanatda Yunanıstan hökumətinin atdığı bir sıra addımlar, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) reallaşmasına verdiyi töhfə yüksək qiymətləndirilir: "Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın tikintisi Yunanıstan və Avropanın qaz təchizatının diversifikasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün həyata keçirilir. Yunanıstan 2020-ci ilə qədər enerji səmərəliliyi hədəfinə nail olacaq".

Qeyd edək ki, bəyanat Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin Yunanıstana bu gün baş tutacaq səfərindən öncə yayılıb. Səfər çərçivəsində M. Şevçoviç Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşəcək.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər