Smartfonlar sahibini qulaqlarına görə tanıyacaq
Smartfonlar qulaqcıqlar vasitəsi ilə sahibini tanımağı öyrənəcək. Şəxsiyyətin biometrik təyin olunması üzrə bu unikal texnologiya NEC kompaniyası tərəfindən təklif edilib.
1news.az hitech.vesti.ru saytına istinadla xəbər verir ki, hər bir insanın qulaq yuvacığının individual quruluşu sayəsində səs qulaq kanalında müxtəlif cür əks olunur.
NEC kompaniyasının qulaqcıqlarında məhz bu xüsusiyyətdən istifadə edilib. Qulaqcığa quraşdırılmış mikrofon daxili qulaqdan gələn səsi müəyyən edərək sahibini tanımağa yardımçı olur. Belə texnologiya bir saniyə ərzində sahibini 99 faiz ehtimalla təyin edə bilir.
NEC kompaniyası yeni texnologiyanı 2018-ci ilədək kommersiya istehsalına daxil etməyi planlaşdırır.
1news.az
771