Natiq Əliyev: “Ümid edirik ki, gələcəkdə neftin qiymətində artım olacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev: “Ümid edirik ki, gələcəkdə neftin qiymətində artım olacaq”

12:50 - 11 / 03 / 2016
Natiq Əliyev: “Ümid edirik ki, gələcəkdə neftin qiymətində artım olacaq”

Cümə günü Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işini davam etdirir.

1news.az-ın verdiyi xəbərə görə, enerji sahəsində müzakirələr zamanı çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, Xəzər dənizi regionu Avropa bazarlarına enerji ehtiyatlarının daşınması üçün olduqca perspektivlidir.

Nazir xatırladıb ki, 10 il əvvəl Avropa enerji ehtiyatlarının təchizatının şaxələndirilməsi üçün yollar axtarırdı:

“İlkin mərhələdə iflasa uğramış “Nabuko” müzakirə olundu”.

“Cənub Qaz Dəhlizi” layihəsinə toxunan nazir qeyd edib ki, Xəzər dənizi regionunda iri həcmdə enerji ehtiyatları yerləşir:

“Araşdırmalara görə, Azərbaycanın təbii qaz ehtiyatları 2 trilyon kubmetrdən çox qiymətləndirilir. Ən iri yataq “Şahdəniz” hesab olunur. İndiyə qədər Azərbaycan ümumi ehtiyatın 10%-ni hasil edə bilib”.

Onun sözlərinə görə, Xəzər dənizi regionundan Avropa bazarlarına enerji ehtiyatlarının təchizatı texniki baxımdan çox çətin prosesdir. Belə ki, ölkələr arasında 3 min kilometrdən çox məsadfə mövcuddur və boru kəməri mürəkkəb landşaftdan keçir.

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə biz, Avropa bazarlarına enerji ehtiyatlarının təchizatının yeni dövrünü başlayacağıq”.

Neftin qiymətlərindən danışan Natiq Əliyev qeyd edib ki, enerji resurslarının qiyməti dünya iqtisadiyyatına təsir edir:

“Neftin qiymətlərindəki böhranı görürük, bu da neft hasil edən ölkərə heç də müsbət təsir göstərmir. Bu vəziyyət uzun müddət davam edə bilməz. İstərdik ki, neftin qiymətlərini əvvəlcədən görək. Ümid edirik ki, gələcəkdə neftin qiymətlərində artım olacaq”.

Xatırladaq ki, Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Eləcə də Forumda Albaniya, Manteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri ilə bərabər, 27 sabiq prezident və 23 sabiq baş nazir də iştirak edir.

İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

Sayca üçüncü olan ötəndəfəki Qlobal Forum keçən ilin aprelində keçirilib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan Forumda 350-dən çox nümayəndə iştirak edib.

İkinci forum isə 2014-cü ilin aprelində keçirilib. Forum dünya çağırışına həsr olunmuşdu. İlk forum isə qadın hüquqlarına həsr olunmuşdu və 2013-cü ilin mayında keçirilib. Bütün keçirilmiş forumlarda Prezident İlham Əliyev iştirakçılar qarşısında nitq ilə çıxış edib.

1news.az

Paylaş:
680

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər