Sumqayıt sakini dəmir borunun altında qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt sakini dəmir borunun altında qaldı

17:39 - 14 / 03 / 2016
Sumqayıt sakini dəmir borunun altında qaldı

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən H.Zeynalabdin qəsəbəsindəki “AzərTexnoline” MMC-də qeydə alınıb.

Belə ki, orada işləyən şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər