Azərbaycanın yunan-Roma yığması komanda hesabında üçüncü olub-FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın yunan-Roma yığması komanda hesabında üçüncü olub-FOTO

23:07 - 14 / 03 / 2016
Azərbaycanın yunan-Roma yığması komanda hesabında üçüncü olub-FOTO

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan yığma komandaları çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

1news.az AZƏRTAC-a istinadən  xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda güləşçilərimiz 2 bürünc medal qazanıblar. Belə ki, Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Medalların sayına görə yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə yer alıblar.

Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında dördüncü yerin sahibi olublar. Qadın güləşçilərimizin heyətində Mariya Stadnik və Nataliya Sinişin qızıl, Yuliya Ratkeviç isə bürünc medal əldə edib.

Çempionatı 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 1 bürünc (Hacı Əliyev) medalla tamamlayan sərbəst güləş üzrə Azərbaycan yığması isə komanda hesabında 5-ci sırada qərarlaşıb.

1news.az

Paylaş:
578

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər