Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib

12:32 - 14 / 03 / 2016
Kərəm Həsənov Samuxda vətəndaşları qəbul edib

Əmlak Məsələləri  Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Samuxda vətəndaşları qəbul edib.

1news.az-ın məlumatına görə, Komitə sədri qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda 70-ə yaxın vətəndaş iştirak edib, komitə sədri onların müraciətlərini dinləyib və həlli istiqamətində zəruri tapşırıqlarını verib.

Müraciətlərin sırasında mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi barədə müraciətlər olub.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi barədə də müraciətlər səsləndirilib. Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciətlərini bildirib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub.

Digərləri torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid olub. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Torpaq məsələlərinə toxunan komitə sədri müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, torpaqların elektron uçotu ilə bağlı 7 mart tarixində dövlət başçısı tərəfindən müvafiq Fərman imzalanıb. Fərmanın məqsədi torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. 2020-ci ilədək respublikanın bütün torpaqlarının elektron kadastr uçotu sisteminin yaradılması tapşırığı verilib. Bu istiqamətdə artıq komitə tərəfindən işlər aparılır, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır.

Eyni zamanda, qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artırılması, rahat, çevik və əlçatan xidmətlərin təqdim olunması istiqamətində son illərdə zəruri işlərin həyata keçirildiyini xatırladılıb. Bunlar qeydiyyat və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqi, elektron və onlayn xidmətlər, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləridir. Bu səbəbdəndir ki, əhalinin qeydiyyata olan marağı da ilbəil yüksəlir.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

1news.az

Paylaş:
639

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər