Əbülfəs Qarayev: “Azərbaycanın mədəniyyət sahəsində yeni idarəetmə sistemi olmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: “Azərbaycanın mədəniyyət sahəsində yeni idarəetmə sistemi olmalıdır”

13:27 - 15 / 03 / 2016
Əbülfəs Qarayev: “Azərbaycanın mədəniyyət sahəsində yeni idarəetmə sistemi olmalıdır”

Azərbaycanda mədəniyyət sahəsindəki idarəetmə sistemi əsasən sovet dövrü modelinə əsaslanır və islahatların keçirilməsinə ehtiyac duyulur.

1news.az  xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugünki tədbir zamanı bildirib.

“Bu sistemi modernləşdirmək üçün Azərbaycan Aİ-nin himayəsi altında tvinninq-layihə çərçivəsində İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığa başlayır”,-deyə, layihənin açılışında iştirak edən nazir bildirib.

Əbülfəs Qarayev çıxışında onu da vurğulayıb ki, layihə üzrə işlər iki əsas hissə üzrə davam etdiriləcək: mədəniyyət sahəsindəki idarəetmədə islahatlar, həmçinin Azərbaycan ərazisində mədəniyyət abidələrinin qorunması və saxlanması sahəsində əməkdaşlıq həyata keçiriləcək.

Bundan əlavə nazir qeyd edib ki, hazırkı layihə Aİ-nin himayəsi ilə keçirilmiş ötən tvinninq- layihənin məntiqi davamıdır. Avstriya və Latviyadan olan həmkarla birgə gerçəkləşdirilən həmin layihə turizm sektorunu inkişafına yönəlmişdi.

İtaliya ilə əməkdaşlığa gəlincə Ə.Qarayev bildirib ki, bu iki ölkəni birləşdirəm bir çox çəhətlər var, bu mədəniyyət sahəsində də özünü göstərir.

Bununla əlaqədar olaraq nazir Azərbaycanın Romada tarixi abidələrin rekonstruksiyasını həyata keçirdiyini bildirib. İtaliyada isə 12-ci əsr görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin qoyulması qarşılıqlı hörməti nümayiş etdirir.

1news.az

Paylaş:
935

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər