Aİ Azərbaycanda mədəniyyət sahəsində idarəetmənin müasirləşdirilməsini dəstəkləyir
Azərbaycan Avropa İttifaqının (Aİ) layihəsi çərçivəsində mədəniyyət sahəsində siyasət və idarəetmə sisteminin müasirləşdirilməsi üzrə işlərə başlayacaq.
1news.az-ın verdiyi xəbərə görə, iki il davam edəcək tvinninq-layihəsinin tərəfdaşı kimi Azərbaycan və İtaliyanın mədəniyyət və turizm nazirlikləri çıxış edir. Aİ tərəfindən maliyyələşən büdcə layihəsi 7 milyon avro təşkil edir.
Yeni layihənin əsas məqsədi – mədəniyyət sahəsində daha mükəmməlləşmiş sistemə keçiddə,eləcə də maddi və qeyri-maddi irs, muzey və kitabxanaların effektli istifadə olunması və qorunmasındaAzərbaycanı dəstəkləməkdir.
Xüsusən də, Azərbaycanda mədəniyyət sahəsində mövcud idarəetmə normaları analiz olunacaq, islahatlar aparılmağa ehtiyac duyulan əsas bəndlər müəyyən ediləcək.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qeyd etdiyi kimi, ölkədəki hazırki idarəetmə sistemi sovet modelinin bazası əsasında yaradılıb və islahatlara ehtiyacı var.
Layihə çərçivəsində iş iki istiqamətdə: mədəniyyətin idarəedilməsi sahəsində islahatlar, eləcə də Azərbaycan ərzilərində mədəniyyə obyektlərinin qorunması və saxlanılması ilə bağlı effektli model üzrə aparılacaq.
Aİ-nin azərbaycandakı səfiri Malena Mard qeyd etdi ki, iki il az müddət deyil:“Lakin bu müddət ərzində yaxşı nəticə əldə etmək üçün maksimal dərəcədə səylər qoyulacaq. Layihə üzrə iş tədbirdən tədbirə deyil, gündəlik əsaslarla həyata keçiriləcək”.
Mədəniyyət – bu, Aİ-nin təklif edə biləsəyi sahədir. Baxmayaraq ki, həyatın bütün sahələri Aİ çərçivəsində inteqrasiya olunub, lakin Aİ mədəniyyət sahəsindəçox müxtəlifdir. Bu sahədə Aİ-yə üzv 28 ölkənin hər biri öz fərdiliyini saxlamaq istəyir”, - o, bildirdi.
İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillo öz növbəsində qeyd edib ki, İtaliya ilə Azərbaycan tərəfdaşlıq sahəsində strateji həddə çatıblar. Əsasən də, enerji və ticarət sahəsində. Lakin mədəniyyət qarşılıqlı təsir bağı olaraq qalır, o qeyd edib.
Mədəniyyət sahəsində idarəetmənin müasirləşdirilməsi ilə bağlı layihə – ikinci tvinniq-layihədir ki, Aİ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirir. Ötən il bitən bundan əvvəlki layihə ölkədə turizm sahəsininin inkişafına yönəlmişdi.
1news.az