Qüdrət Həsənquliyev: “Vətəndaşlar bilməlidir ki, onların ölkədəki investisiyaları qanunla qorunur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Qüdrət Həsənquliyev: “Vətəndaşlar bilməlidir ki, onların ölkədəki investisiyaları qanunla qorunur”

16:45 - 15 / 03 / 2016
Qüdrət Həsənquliyev: “Vətəndaşlar bilməlidir ki, onların ölkədəki investisiyaları qanunla qorunur”

“İslahatlar kompleks xarakter almayana qədər arzulanan nəticələr əldə edilməyəcək”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Milli Məclisin plenar iclası zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində problemlər var.

“Vətəndaşlar bilməlidir ki, onların ölkədəki investisiyaları qanunla qorunur”, - deyə qeyd edərək o, bildirdi ki, bir sıra hallarda məhkəmənin qərarı istifadə olunmur.

Millət vəkili qeyd etdi ki, məhkəmənin qərarları seçki xarakterli olmamalıdır:

“Qanunun aliliyi olmayana qədər biz, respublikada iri investisiyaların qoyuluşuna nail ola bilməyəcəyik”.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər