Hacıqabulda ev yandı, bir nəfər xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda ev yandı, bir nəfər xəsarət aldı

09:32 - 15 / 03 / 2016
Hacıqabulda ev yandı, bir nəfər xəsarət aldı

Hacıqabul rayonunda evlərin birində yanğın olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərllənib və yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
897

Son xəbərlər

Bütün xəbərlər