“Onlayn fikir bankı” layihəsi çərçivəsində “Açıq mikrofon” adlı tədbir keçiriləcək
Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzındə Gənclər və İdman Nazirliyinin “Onlayn fikir bankı” layihəsi çərçivəsində “Açıq mikrofon” adlı tədbir keçiriləcək.
1news.az-a nazirlikdən verilən məlumata görə, məqsəd elm, texnologiya, incəsənət, idman və digər sahələrdən olan gəncləri bir araya gətirərək onları “Onlayn fikir bankı” ilə yaxından tanış etməkdir.
Eyni zamanda, gənclərin maraq dairələrinə uyğun sahələr üzrə ideya və təkliflərini dinləmək də əsas hədəfdir.
Qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar.
1news.az
512