SOCAR keçən ay dövlət büdcəsinə 98,2 milyon manat vəsait ödəyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR keçən ay dövlət büdcəsinə 98,2 milyon manat vəsait ödəyib

22:27 - 15 / 03 / 2016
SOCAR keçən ay dövlət büdcəsinə 98,2 milyon manat vəsait ödəyib

Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib.

1news.az-ın sözügedən qurumun saytına istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürüb.

2016-cı ilin yanvar-fevral aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 21 milyon 50 min manat təşkil edib.

1news.az

 

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər