Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib

00:04 - 16 / 03 / 2016
Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib

Martın 15-də Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib.

1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 316 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 17032 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

1news.az

 

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər