Həkimlər Azərbaycan yığmasının oyunçusunun qanına infeksiya salıblar | 1news.az | Xəbərlər
İdman

Həkimlər Azərbaycan yığmasının oyunçusunun qanına infeksiya salıblar

14:43 - 16 / 03 / 2016
Həkimlər Azərbaycan yığmasının oyunçusunun qanına infeksiya salıblar

Ayşən Əbdüləzimova Voleybol üzrə Azərbaycan yığmasının əsas oyunçusudur.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, Bakıdakı klinikalardan birində tibbi müayinə zamanı voleybolçunun qanına infeksiya salınıb. Ayşən klinikanın adını bildirmir.

“Mən adi problemə görə ölkədən çıxmaq istəmirdim. Lakin buradakı həkimlər mənim üçün böyük problem yaratdılar. Çiynimdən yüngül zədə almışdım. Bu problemin həlli üçün qısa müalicə kursu keçməli idim. Amma həkimlər məni müalicə etmək əvəzinə qanımı ağır infeksiya ilə yoluxdurublar.

Həkimlərin diqqətsizliyinə görə qolum uzun müddət tam hərəkətsiz qaldı. 3 həftə belə vəziyyət qaldım, müalicə yanlış aparıldı. Yenidən müalicə üçün Türkiyəyə getməli oldum. Həkimlər dedilər ki, çiynimdə açıq əməliyyat aparılmalıdır. Əgər əməliyyat uğurla keçərsə infeksiyanın zərərsizləşdirilməsi üçün uzun müddətli müalicə almalıyam”.

Qeyd edək ki, infeksiyanın aradan qaldırılması üçün əməliyyata artıq başlanılıb. İdmançı 8 müalicə kursu almalıdır. Onun vəziyyəti tədricən yaxşılaşır və ümid edir ki, böyük idmana  tezliklə qayıdacaq.

“Belə ağır vəziyyətimdə mənə dəstəyinə, Türkiyədəki müalicə və reabilitasiyama yardımçı olan Faiq Qarayevin şəxsində  Azərbaycan Voleybol Federasiyasına və “Lokomotiv” klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm”- deyə, A.Əbdüləzimova fikrini tamamlayıb.

1news.az

 

Paylaş:
3044

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər