Əli Əhmədov: “Bayram günlərində qiymətlər gərək aşağı salınsın” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əhmədov: “Bayram günlərində qiymətlər gərək aşağı salınsın” - FOTO

22:01 - 16 / 03 / 2016
Əli Əhmədov: “Bayram günlərində qiymətlər gərək aşağı salınsın” - FOTO

Martın 16-da Baş nazirin müavini Əli Əhmədov paytaxtda təşkil olunan bayram yarmarkalarında və bir sıra marketlərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Xətai rayonundakı yarmarkaya gələn Əli Əhmədov burada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub, satıcıları və alıcıları dinləyib. Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Şəhər sakinləri də yarmarkalardakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, bu qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.

Paytaxt sakini Oqtay Hacıyev deyib: “Azərbaycan hökuməti tərəfindən təşkil olunan bu yarmarkalar onu göstərir ki, Prezident İlham Əliyev daim xalqı düşünür. Buradakı qiymətlər bazar qiymətlərindən xeyli ucuzdur. Bu da evimizə bazarlıq etməyə, balalarımızı sevindirməyə imkan verir”.

Baş nazirin müavini yarmarkanın təşkilatçılarına öz tövsiyələrini verib. Qeyd edib ki, yarmarkaların təşkilində alıcıların da, satıcıların da maraqları nəzərə alınmalıdır.

Sonra Əli Əhmədov “Yaşıl bazar”a və “GrandMart“ marketinə də baş çəkib.

Jurnalistlərə müsahibə verən baş nazirin müavini deyib: “Hər üç satış mərkəzində məhsulların çeşidləri demək olar ki, eynidir, keyfiyyətlərində elə bir fərq yoxdur, lakin qiymətlərdə fərqlər ciddidir. Hesab edirəm ki, bundan müvafiq nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərin fərqli olması qeyri-adi hal deyil. Amma bir şərtlə ki, qiymətlərdəki fərqlər həddindən artıq böyük olmasın.

Burada qeyri-adilik ondan ibarətdir ki, qiymətlərdəki fərqlər çoxdur. Gördüyünüz kimi, yarmarkalarda alıcıların sayı çox idi. İnsanlar oradan mallar alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar azdır. Əlbəttə, bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdəki fərq az olsun”.

Əli Əhmədov bildirib ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni sürətdə artırılması ilə əlaqədar ciddi işlər görülməlidir. Yarmarkalardakı qiymətlər ənənəvi bazar və marketlərdəkindən xeyli aşağıdır. Buna görə də insanlar yarmarkalara axışırlar. Bayram günlərində qiymətlər gərək aşağı salınsın. Bəzən nə satıcılar, nə də sahibkarlar biznes qaydalarına, bayram adət-ənənələrinə əməl etmirlər. Çox yaxşıdır ki, Prezidentin tapşırığı ilə yarmarkalar yaradılıb, burada insanlara xidmət göstərilir, qiymətlər qaldırılmır. Bundan sonra yarmarkaların sayı artırılmalıdır ki, bazarlarda da qiymətlər yarmarkalardakı qiymətlərin təsiri altında ucuzlaşsın.

Baş nazirin müavini vurğulayıb ki, Bakıda keçirilən ənənəvi yarmarkaların fəalliyətinin genişləndirilməsi nəzərdə tutulub. “Çalışmalıyıq ki, insanlar aldıqları məvacibləri ilə öz ailələrinin maddi tələbatını ödəyə bilsinlər”, - deyə Əli Əhmədov bildirib.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının bir neçə yerində yarmarkalar fəaliyyətə başlayıb. Bir neçə gün öncə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına baxmayaraq, bu gün təşkil olunan yarmarkalarda qiymətlərin endiyini müşahidə etmək olar. Bakı şəhərinə kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Ona görə də yarmarkalarda ucuzluqdur.

1news.az

Paylaş:
1529

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər