AMEA-nın “Alimlər Evi”nin açılış mərasimi olub
Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin nəzdində təsis edilən "Alimlər Evi"nin açılış mərasimi olub.
1news.az-ın verdiyi xəbərə görə, AMEA prezidenti Akif Əlizadə bildirib ki, Akademiyanın "Alimlər Evi"nin və poliklinikasının yaranması həmişə diqqət mərkəzində olub:
"Alimlər Evi"nin yaranmasının əsas məqsədi alimlər arasında yaxşı yoldaşlıq münasibəti yaratmaqdır. Alimlər bir-birləri ilə elmi işlər barədə müzakirələr apara bilirlər. Bu ev alimlərin yığıncaq evinə çevriləcək və burada tam azad şəraitdə elmi, mədəni mühit yaranacaq. Burada sərgilər, diskussiyalar təşkil oluna bilər".
Qeyd edək ki, "Alimlər Evi" Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.
1news.az