Azərbaycanda pivənin nağd qaydada topdan satışı qadağan olunur
Milli Məclisinin 18 mart cümə günü keçirilən iclasında Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.
1news.az xəbər verir ki, dəyişikliyə əsasən tütün ilə yanaşı pivənin də topdansatışı kart sistemi ilə həyata keçiriləcək.
Dəyişikliyə əsasən: "Pivənin və tütünün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları(malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, 1000 manat cərimə və ya 1 ilədək müddətdə silah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıralacaq".
1news.az
818