SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti müştərilərini Avropa çempionatına yollayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti müştərilərini Avropa çempionatına yollayacaq

20:01 - 18 / 03 / 2016
SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkəti müştərilərini Avropa çempionatına yollayacaq

SOCAR bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının əsas sponsorlarından biri kimi UEFA ilə uğurlu və səmərəli əməkdaşlığı davam etdirir.

1news.az-ın məlumatına görə, Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkəti də bu əməkdaşlıq şərşivəsində bir sıra layihələrin icrasına başlayıb.

Şirkət hər il olduğu kimi bu il də daimi müştəriləri arasında kampaniya keçirir. Müştərilər futbol üzrə Avropa çempionatının qrup oyunları və final matçına bilet udmaq şansı əldə edəcəklər.

Martın 15-dən iyunun 30-a kimi davam edəcək kampaniya 4 mərhələdən ibarətdir. SOCAR-ın Rumıniyada fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsindən 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək, kampaniyada iştirak etmək hüququ qazanacaq. 

Birinci (15 mart - 10 aprel) , ikinci (11 aprel - 22 may) və üçüncü (23 may - 03 iyun) mərhələlərdə Avropa çempionatının qrup oyunlarına 2 nəfərlik ümumilikdə 25 paket, dördüncü mərhələdə isə final matçına (15 mart-30 iyun) 2 nəfərlik 1 paket uduşa qoyulacaq.

Qeyd edək ki, paketlərə qaliblərin təyyarə ilə gediş-dönüş biletləri, qarşılanma və yolasalınma, həmçinin hotel xərcləri daxildir. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri “SOCAR Petroleum SA”nın əsas ofisinə dəvət olunacaq və biletlərin təqdimolunma mərasimində iştirak edəcəklər.

1news.az

 

Paylaş:
864

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər