Korporativ idarəetməyə dair treninq keçirilib
Martın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı növbəti treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Treninqdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb, iştirakçıların suallarını cavablandırıblar.
1news.az
741