“Azneft”də əməyin mühafizəsinə həsr olunmuş iclas keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azneft”də əməyin mühafizəsinə həsr olunmuş iclas keçirilib

23:26 - 18 / 03 / 2016
“Azneft”də əməyin mühafizəsinə həsr olunmuş iclas keçirilib

“Azneft” İstehsalat Birliyində əməyin mühafizəsi sahəsində 2015-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair iclas keçirilib.

1news.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Birliyin baş direktoru Daşqın İskəndərov ötən il istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğu qeyd edib.

Baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov həyata keçirilmiş işlər haqqında geniş hesabat verərək sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması, ağır əmək faktorlarının azaldılması məqsədilə nomenklatur tədbirlərin yerinə yetirilməsi, işçilərin fərdi mühafizə vasitələri ilə tam təmin olunması, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, keçirilmiş təlim kursları haqqında məlumat verib.

İclasda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib, Birliyin idarə və müəssisələri ilə əməkdaşlıq edən podratçı təşkilatlar tərəfindən əməyin təhlükəsizliyi məsələləri müzakirə olunub. 

Birliyin baş direktoru D.İskəndərov tədbirə yekun vuraraq, əməyin mühafizəsi sahəsində görülən işlərə kollektivin hər bir üzvünün fəal şəkildə cəlb olunmasının vacibliyini vurğulayıb, bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün tapşırıqlar verib.

1news.az

 

Paylaş:
1467

Son xəbərlər

Bütün xəbərlər