Ermənilər Avstraliyada narkotik ticarətinə nəzarət edir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənilər Avstraliyada narkotik ticarətinə nəzarət edir

16:56 - 22 / 03 / 2016
Ermənilər Avstraliyada narkotik ticarətinə nəzarət edir

Avstraliyanın nüfuzlu “The Sydney Morning Herald” qəzetinin 19 mart tarixli sayında “Ermənistandan Avstraliyaya kimi: mafiya Avstraliyada metamfetaminin ticarətinə necə nəzarət edir” (From Armenia to Australia, how the mob controls the trafficking of ice into Australia) başlıqlı məqalə dərc olunub.

1news.az xəbər verir ki,məqalədə “Adelaydın yeddi ailəsi” kimi tanınan Kalabriya mafiyasının Avstraliyada tarixinin 1920-ci illərə gedib çıxdığı və bu cinayətkar qruplaşmanın uzun müddət ölkənin iri şəhərlərində tərəvəz və meyvə ticarəti üzərində nəzarəti həyata keçirdiyi diqqətə çatdırılıb.

Şantaj, rüşvətxorluq, çətənə bitkisinin əkilib-becərilməsinin və reketçiliyin mafiyanın bir əsrə yaxın əsas gəlir mənbəyi olduğunu bildirən qəzet italiyalı tədqiqatçılara istinadən yeni nəsil mafioz qruplaşmaların daha təhlükəli ticarətə qurşandığını vurğulanıb.

Britaniya əsilli kriminoloq Anna Sergi qəzetə müsahibəsində Melbrun və Sidney küçələrində “ice” (buz) adlanan metamfetamin ticarətinə italiyalı mafioz ailələr tərəfindən ispan və erməni “brokerlər” vasitəsilə nəzarət olunduğunu söyləyib. Həmçinin, o, metamfetaminin yükləndikləri yer - Ermənistandan keçməklə Bilbaoya və sonra təyyarə ilə Bilbaodan Avropaya əsasən çamadanların plastik hissələrində italiyalılar tərəfindən təşkil olunmuş kanallar vasitəsilə Avstraliyaya daşındığını bildirib.

Məqalədə İtaliyanın səlahiyyətli orqanlarının Ermənistandan Avstraliyaya metamfetamin ticarətindən məlumatlı olduqları, lakin bunun qarşısını ala bilmədikləri xüsusilə diqqətə çatdırılıb.

Qeyd olunmalıdır ki, bu yaxınlarda Avstraliya polisi bazar qiyməti 1.26 milyard Avstraliya dolları (təqribən 950 milyon ABŞ dolları) həcmində metamfetamin müsadirə edib.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://www.smh.com.au/national/from-armenia-to-australia-how-the-mob-controls-the-trafficking-of-ice-into-australia-20160318-gnlwal.html

Paylaş:
765

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər