Yohan Kroyff vəfat edib
Əfsanəvi hollandiyalı futbolçu Yohan Kroyff dünyasını dəyişib.
1news.az-ın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən Kroyff bu gün İspaniyanın Barselona şəhərində 68 yaşında vəfat edib.
Qeyd edək ki, 1947-ci il aprelin 25-də Amsterdamda dünyaya gələn Y.Kroyff futbolçu karyerası boyunca “Ayaks”, “Barselona” kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub.
Hollandiya yığmasında keçirdiyi 48 oyunda 33 qola imza atıb.
Karyerası ərzində 752 oyun keçirən Y. Kroyff 425 qol vurub. Üç dəfə “Qızıl top”un sahibi olub. “Ayaks” və “Barselona”nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.
1974-cü ildə Almaniyada keçirilən dünya çempionatında Hollandiya yığmasının heyətində gümüş medala layiq görülüb. 1976-cı ildə Yuqoslaviyada təşkil olunan Avropa çempionatında isə komandası ilə birgə bürünc medal qazanıb.
Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyff məşqçi kimi də böyük uğurlar qazanıb.
1news.az