Rusiya yüngül atletləri mükafatlardan məhrum ediliblər
Beynəlxalq Yüngül Atletika Federasiyası və Ümumdünya Antidopinq Agentliyi tərəfindən dopinq tətbiq etməkdə təqsirləndirilən Rusiya yüngül atletləri Olimpiya Oyunları və dünya çempionatlarının bir sıra mükafatlarından məhrum ediliblər.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsinin (CAS) Lozannada keçirilən iclasında qəbl edilən qərar idman yerişi növünün nümayəndələri Sergey Kirdyapkin, Olqa Kaniskina və Sergey Bakulin, habelə qaçış ustası Yuliya Zaripovaya aiddir.
İdmançılar 2010-2012-ci ildə yarışlarda çıxış edərkən aldıqları mükafatları qaytarmalı olacaqlar.
1news.az
806