İngiltərədə uşaqlar arasında futbol yarışında valideynlər dalaşıb: 1nəfər yaralanıb
İngiltərənin Uest-Midlends regionundakı Heylsoven rayonunda uşaqlar arasında keçirilən futbol matçı meydanda valideynlərin davası ilə yekunlaşıb.
1news.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, insident şəhər parkında baş verib.
Tamaşaçıların narazılığına hakimin 5 dəqiqəyə 3 penalti təyin etməsi və 2 oyunçunu qovması səbəb olub. Bundan sonra referi komandalardan birinin qəzəbli tərəfdarlarının hücumuna məruz qalıb. Münaqişəyə digər komandadakı oyunçuların valideynləri də qoşulub. 14 yaşadək futbolçular isə baş verənlərə dəhşətlə tamaşa ediblər.
Dava başlayarkən, hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanı əməkdaşları 52 yaşlı valideyni saxlayıb. 49 yaşlı kişi isə itgəzdirən zəncirlə boynundan zərbə alıb. Onun boynuna tikiş atılıb.
1news.az