Putin ilə Kerrinin görüşü dörd saat davam edib
ABŞ dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş 4 saat davam edib.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, görüşdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
Görüşdə Rusiya prezidenti ABŞ nümayəndələrinin Moskvaya işgüzar səfərlərindən məmnun olduğunu bildirib:
“Çünki bu görüşlər müəyyən məsələlərdə ikitərəfli və beynəlxalq məsələlərdə irəliləyişə nail olmağa şans yaradır”.
Putin ümid etdiyini bildirib ki, ABŞ dövlət katibinin səfəri Moskva və Vaşinqtonun mövqelərinin yaxınlaşmasına kömək edəcəkdir.
Kerri də öz növbəsində, Ukraynadakı vəziyyətin nizamlanmasına dair ABŞ-ın bir sıra planını müzakirə etməyi təklif edib.
Daha sonra görüş bağlı qapılar arxasında keçirilib.
1news.az