"Qalatasaray" - "Fənərbağça" derbisinin vaxtı açıqlandı | 1news.az | Xəbərlər
Futbol

"Qalatasaray" - "Fənərbağça" derbisinin vaxtı açıqlandı

13:03 - 28 / 03 / 2016
"Qalatasaray" - "Fənərbağça" derbisinin vaxtı açıqlandı

Türkiyə Super Liqasında XXVI turdan təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" matçının keçiriləcəyi tarix açıqlanıb.

1news.az Türkiyə KİV- nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə klub rəsmiləri arasındakı danışıqlardan sonra qərar verilib.

Görüşdən sonra onlar jurnalistlərə İstanbul derbisinin aprelin 13-də keçiriləcəyini açıqlayıblar.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı martın 20-də keçirilməli idi. Lakin qarşılaşmanın oynanılacağı "Türk Telekom Arena"da terror törədiləcəyinə dair məlumatın daxil olduğu səbəb göstərilərək, görüş təxirə salınmışdı. 

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər