“Taliban” qruplaşması Pakistanda baş verən partlayın məsuliyyətini öz üzərinə götürüb
Pakistanın Lahor şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində həlak olanların sayı 69 nəfərə çatıb, onlardan azı 23Gazeta.ru nəfəri uşaqdır.
1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, qanlı hadisədə 300-dən artıq adam yaralanıb, onlarla uşağın və qadının vəziyyətinin ağır olduğu bildirilir.
Son məlumata görə, bomba şəhərdəki xristianlar parkda Pasxa bayramını qeyd edərkən partlayıb. Polis hadisə yerində terrorçunun başını aşkar edib.
Qulşan-e-İkbal uşaq parkında törədilən partlayışa görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, Pəncab əyalətinin mərkəzi olan Lahor İslamabaddan sonra ölkənin ikinci böyük şəhəridir.
1news.az
483