Türkiyə Almaniyaya kəskin etirazını bəyan edib
Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə KİV-lərinin məlumatına görə, Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj yayması səfir M.Erdmannın diqqətinə çatdırılıb.
Türkiyə tərəfi Almaniya hökumətindən tələb edib ki, “NDR” televiziya kanalının bu cür xoşagəlməz fəaliyyətinə qarşı tədbirlər görsün.
AZƏRTAC
512