Ağ ev Ərdoğan və Obamanın görüşünü təsdiqlədi | 1news.az | Xəbərlər
Dünya

Ağ ev Ərdoğan və Obamanın görüşünü təsdiqlədi

10:36 - 30 / 03 / 2016
Ağ ev Ərdoğan və Obamanın görüşünü təsdiqlədi

Ağ Ev Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşəcəyini rəsmi olaraq təsdiqlədi.

1news.az Haberturk-ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında görüş qeyri-rəsmi xarakter daşıyacaq.

“Düşünürəm ki, bu həftə Obama və Ərdoğan arasında ən azından qeyri-rəsmi görüş baş tutacaq”,- deyə Ağ Evin nümayəndəsi jurnalisstlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ərdoğan Vaşınqtondakı rəsmi danışıqları vitse-prezident Co Baydenlə planlaşdırılıb.

Ərdoğanın özü isə bəzi məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq, Vaşınqton sammiti zamanı B.Obama ilə görüşəcəklərini bildirmişdi. Türkiyə prezidenti bu fikri Ağ Ev tərəfindən ikitərəfli görüşlərin gözlənilmədiyi ilə bağlı məlumat yayımlandıqdan sonra səsləndirib.

1news.az

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər